Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə bərpa edilən və rənglənən «Arşın mal alan» filmi yeni ekran həyatını yaşayır. Modern.az-ın məlumatına görə, dekabrın 10-da Heydər Əliyev Mərkəzində bərpa edilən və rənglənən «Arşın mal alan» filminin premyerası keçiriləcəkdir. Bununla əlaqədar premyera mərasiminin videçarxı yayımlanıb.
Qeyd edək ki, “Arşın mal alan” filmi 1945-ci ildə Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin eyni adlı operettası əsasında çəkilib. Təkcə 1945-ci ildə ekrana çıxdıqdan sonra filmi 16,27 milyon tamaşaçı izləyib. “Arşın mal alan” indiyə qədər 136 ölkədə nümayiş etdirilmiş və 86 dilə tərcümə olunub.
Modern.az