Modern.az

Səttar Mehbalıyev: ““Məhsul” stadionunda abadlıq işləri aparılacaq”

Səttar Mehbalıyev: ““Məhsul” stadionunda abadlıq işləri aparılacaq”

29 Noyabr 2013, 17:13


“Məhsul” stadionunun vəziyyəti olduqca ağırdır. Artıq bu ərazi stadion statusundan çıxaraq gəzinti parkına çevrilib”. Modern.az xəbər verir ki, bunu deyən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyevin sözlərinə görə, əraziyə xüsusilə axşam vaxtları pis vərdişlərə aludə olmuş insanların yığışması təsüdüf olunur:
“Odur ki, maliyyə dəstəyi axtarılır ki, həmin ərazidə təmizlik-abadlıq işləri aparılsın. “Məhsul” stadionu həmkarlar təşkilatının mülkiyyətidir. Bu səbəbdən də həmin stadionun statusu həmkarlar təşkilatının qərarı ilə dəyişdirilə, qapalı stadiona çevrilə bilər. Hələlik isə ilk növbədə stadionun qapılarının quraşdırılması və hasarın çəkilişi nəzərdə tutulur”.

Modern.az

Sizə yeni x var
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU