Modern.az

“Həmkarlar təşkilatlarının yaradılmasında işçilər maraqlı olmalıdır”

“Həmkarlar təşkilatlarının yaradılmasında işçilər maraqlı olmalıdır”

29 Noyabr 2013, 17:13


“AHİK idarə və ya müəssisələrə həmkarlar ittifaqı təşkilatının yaradılması ilə bağlı tələb irəli sürə bilməz. Bunu həmin müəssisələrdə çalışan işçilər tələb etməlidirlər”. Bunu deyən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyevin sözlərinə görə, müəssisələrdə çalışan işçilərin tələbi, istəyi olmadan bu müəssisələrdə həmkarlar ittifaqı təşkilatının yaradılması mümkün deyil: “Özəl şirkətlərdə həmkarlar ittifaqı təşkilatının yaradılması ilə bağlı hər gün iş aparılır. Biz bu istiqamətdə bütün ilk təşkilatlara, rayon komitələrinə tapşırıqlar vermişik və bununla bağlı gündəlik iş gedir”. S.Mehbalıyev qeyd edib ki, müəssisələrdə çalışan işçilər əmək hüquqlarını bilməli, əməklə bağlı normativ sənədlərdən, əmək konvensiyalarından, həmkarlar təşkilatlarının fəaliyyətindən məlumatlı olmalıdırlar: "Biz də bununla bağlı yerlərdə maarifləndirmə işləri aparırırq, təhsil kursları keçirik".


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU