“Avropa Birliyinə üzv ölkələrlə viza rejiminin sadələşdirilməsi təbii ki, Azərbaycana turist axınının güclənməsinə təkan verəcək. Nazirlik olaraq Vilnüsdə imzalanmış nəticələrdən yalnız yaxşı nəticələr gözləyirik”. Bunu Modern.az-a açıqlamasında Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətini rəhbəri Zöhrə Əliyeva deyib.
Qeyd edək ki, bu gün Vilnüsdə keçirilən III Şərq Tərəfdaşlığı Sammiti çərçivəsində Azərbaycan və AB viza rejiminin sadələşdirilməsi barədə saziş imzalanıb.
Misranə Həsənzadə