Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Yaponiyanın baş naziri Fumio Kişida ilə telefon danışığı aparıb.
Modern.az xəbər verir ki, bu barədə "Kazinform" məlumat yayıb.
Tokayev Yaponiyada bir gün əvvəl baş vermiş zəlzələ ilə əlaqədar yapon xalqına həmrəylik sözlərini bildirib və bunun ciddi fəsadlara səbəb olmayacağına ümid etdiyini bildirib.
Öz növbəsində, Fumio Kişida “Mərkəzi Asiya+Yaponiya” Dialoqunun Birinci Sammitində iştirak da daxil olmaqla, Qazaxıstana rəsmi səfərinin tarixlərini təxirə salmaq məcburiyyətində qaldığını təəssüflə bəyan edib.
Həmsöhbətlər Qazaxıstan-Yaponiya əlaqələrinin hazırkı vəziyyətini və inkişaf perspektivlərini müzakirə edib, həmçinin regionlararası qarşılıqlı fəaliyyət məsələləri ətrafında fikir mübadiləsi aparıblar.