Modern.az

Gürcüstanda hərbi xidmət müddəti QISALDILIR

Gürcüstanda hərbi xidmət müddəti QISALDILIR

Dünya

9 Avqust 2024, 16:27

Gürcüstanda köhnə qaydalarla hərbi xidmətə sonuncu çağırış başlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Sputnik Georgia" məlumat yayıb.

 

Payız çağırışı avqustun 5-dən dekabrın 28-dək aparılacaq. Ümumilikdə 18 yaşından 27 yaşa qədər olan 2,9 mindən çox şəxs hərbi xidmətə çağırılacaq, onlardan yalnız 900 nəfəri müdafiə qoşunlarında xidmət edəcək. Xidmət müddəti 12 aydır.

 

Artıq 2025-ci il yanvarın 1-dən çağırışçılar yalnız “Milli Hərbi Xidmət” adlandırılacaq hərbi xidmətə göndəriləcək. Belə ki, Gürcüstanda hərbi xidmət müddəti qısaldılacaq.

 

“Müdafiə haqqında” qanuna hazırlanmış dəyişikliklərə əsasən, bu, xidmət növündən asılı olacaq:

 

6 ay – döyüş bölməsində xidmət;

8 ay – mühafizə və ya yardımçı dəstədə xidmət;

11 ay – kiçik komandanlıq vəzifələrində və əvvəlcədən müəyyən edilmiş ixtisaslar üzrə xidmət.

 

Eyni zamanda, çağırışçılar yalnız Müdafiə Qoşunlarında xidmət edəcək və bunun üçün əməkhaqqı alacaqlar və onların iş yeri saxlanılacaq.

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu