Modern.az

Ukrayna Ali Radasının nümayəndə heyəti Azərbaycana gəlir

Ukrayna Ali Radasının nümayəndə heyəti Azərbaycana gəlir

Dünya

9 Avqust 2024, 17:40

Ukrayna Ali Radasının nümayəndə heyəti sentyabrın 1-də Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə AZƏRTAC-a məxsusi açıqlamasında Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Valeriy Kolyux məlumat verib.

 

V.Kolyux bildirib ki, müşahidə missiyasına Ukrayna Ali Radasından 10 deputat daxildir. Hazırda müşahidə missiyasının proqramı hazırlanır. Ukrayna Ali Radasının müşahidə missiyası avqustun sonlarından Azərbaycanda səfərdə olacaq, seçkinin nəticələrinə dair hesabat hazırlayacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu