Modern.az

Daha bir qəza dəhşəti: Yük maşını iki uşağın üstündən keçdi

Daha bir qəza dəhşəti: Yük maşını iki uşağın üstündən keçdi

30 Noyabr 2013, 00:06

Yevlax şəhərində məişət tullatılarını daşıyan yük maşını 2 azyaşlı uşağın üzərindən keçib. Onlardan 1-i hadisə yerində dünyasını dəyişib, digərinin ayağı sınıb. Bu barədə yerli televiziya məlumat yayıb.

Şahidlərin sözlərinə görə, 2001-ci il təvəllüdlü Vüsalə Saleh qızı Kərimova və 2008-ci il təvəllüdlü Könül Anar qızı Kərimova maşının altında oynayırlarmış. Bu zaman azyaşlıların orada olmasından xəbərsiz sürücü maşını hərəkətə gətirib.

Yevlax Şəhər Polis Şöbəsinin Yol Polis Bölməsinin İstintaq idarəsində faktla bağlı araşdırma aparılır. Yaralı Könül Kərimova Yevlax Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU