Modern.az

Yol terroru davam edir: daha 3 nəfər öldü- FOTO

Yol terroru davam edir: daha 3 nəfər öldü- FOTO

Təhsil

30 Noyabr 2013, 00:44

 Noyabrın 29-da saat 21:37-də Qaradağ rayonu, Qobustan qəsəbəsi, Bakı-Salyan magistral yolunun 61-ci kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.

FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, qəzasının baş verməsi və vətəndaşın  köməyə ehtiyacı olması barədə daxil olmuş əməliyyat məlumatına əsasən Xüsusi Riskli Xilasetmə Xidmətinin Qobustan rayonu üzrə xilasedicilər qrupu hadisə yerinə  çıxıb.

Hadisə yerinə baxış keçirilərkən məlum olub ki, sürücüsü məlum olmayan KamAZ markalı  90 JF 164  dövlət nömrə nişanlı  yük avtomobili  ilə şəxsiyyəti məlum olmayan sürücünün idarə etdiyi VAZ 2106 markalı 07 BD 435 dövlət nömrə nişanlı minik avtomobili  toqquşub.  Nəticədə  avtomobillər  ağır  deformasiyaya  uğrayıb.

Qəza zamanı VAZ 2106 markalı avtomobildə  olan sərnişin (kişi) zərbə nəticəsində avtomobilin ön hissəsindən yerə düşüb. O aldığı müxtəlif bədən xəsarətləri nəticəsində hadisə yerində ölüb.

Ağır deformasiyaya uğramış VAZ 2106 markalı avtomobildə sıxılmış  vəziyyətdə qalmış  sürücü və şəxsiyyəti məlum olmayan digər sərnişin (qadın) də aldığı müxtəlif  bədən xəsarətləri nəticəsində hadisə  yerində dünyasını dəyişib.

Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə cəsədləri adıçəkilən avtomobildən çıxararaq hüquq-mühafizə orqanları əməkdaşlarına təhvil verib.


Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU