Modern.az

Mehriban Əliyeva Alfonso Dominqesi təbrik etdi 

Mehriban Əliyeva Alfonso Dominqesi təbrik etdi 

10 Avqust 2024, 09:53

Birinci vitse-prezident Mehriban Əliyeva Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında gümüş medal mükafatı qazanmış Azərbaycan boksçusu Alfonso Dominqesi təbrik edib.

 

Modern.az xəbər verir ki, bu barədə birinci xanım sosial şəbəkədə yazıb:

 

"Boksçu – gümüş medal sahibi Alfonso Dominqesi səmimi-qəlbdən təbrik edirəm! Azərbaycanı Paris Yay Olimpiya Oyunlarında layiqincə təmsil edən idmançımıza güc, enerji, yeni qələbələr və nailiyyətlər arzulayıram!", - deyə paylaşımda qeyd edilib.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!