Tanınmış amerikalı jurnalist, CNN telekanalının keçmiş şərhçisi Larry Kinq Dağlıq Qarabağa səfər edəcək.
Los- Ancelesdə keçirilmiş Hayastan Erməni Fondunun “Telemarafon” konfransında iştirak edən Larry Kinq bu səfərə dəvət alıb. Belə ki, konfransda qondarma Dağlıq Qarabağ Respublikasının “prezidenti” Bako Saakyanla görüşən jurnalist Qarabağa səfər etməsi üçün qarşı tərəfdən Ermənistana dəvət edilib. Larry King dəvəti qəbul edib. Onun nə vaxt Qarabağa gedəcəyi isə açıqlanmayıb.
Modern.az