Modern.az

Bakıda orta aylıq əməkhaqqı ARTIB

Bakıda orta aylıq əməkhaqqı ARTIB

İqtisadiyyat

10 Avqust 2024, 14:11

Bu ilin yanvar-may aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 272 manat təşkil edib.

 

Bu barədə Modern.az-a Dövlət Statistika Komitəsinin Bakı şəhər statistika idarəsindən bildirilib.

 

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8 % çoxdur.

 

Xatırladaq ki, 5 ay ərzində Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,2 % artaraq 1 007,5 manat təşkil edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi