Modern.az

Pezeşkian yeni vitse-prezident təyin etdi 

Pezeşkian yeni vitse-prezident təyin etdi 

Dünya

10 Avqust 2024, 16:23

İran Prezidenti Məsud Pezeşkian yeni vitse-prezident təyin edib.

 

Modern.az "Irna"ya istinadən xəbər verir ki, Hüseyn Afşin ölkənin texnologiya, iqtisadiyyat və fundamental elmlər üzrə vitse-prezidenti vəzifəsinə gətirilib.

 

Afşin 1981-ci ildə İranda anadan olub. O, Şərif Texnologiya Universitetinin professordur. Enerji, Su, Ətraf Mühit Elmləri və Texnoloji Tədqiqat İnstitutuna rəhbərlik edib. H.Afşin Maşınqayırma fakültəsində Elmi şuranın üzvüdür.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu