Modern.az

Kiyevdəki Avropa Meydanı boşaldılır

Kiyevdəki Avropa Meydanı boşaldılır

30 Noyabr 2013, 10:05

Noyabrın 29-dan 30-na keçən gecə Ukraynanın paytaxtı Kİyevdəki Avropa Meydanında (Avromeydan) keçirilən etiraz aksiyasının dağıdılmasına cəhd edilib.

Modern.az.saytı Ukrayna KİV-nə istinadən bildirir ki, mitinq iştirakçıları meydandan çıxarılması üçün hüquq-mühafizə orqanlarının dəyənək və səsli qumbaralardan istifadə etdiyi haqda məlumat veriblər. Onların sözlərinə görə, meydana toplaşanlara qarşı qazdan da istifadə edilib. Etirazçılar 35 nəfərin saxlanıldığını da bildiriblər. Meydana bir neçə istiqamətdən girişi hüquq-mühafizə orqanlarının mühasirəyə aldığı da iddia edilir. Ətrafdakı ərazilərə xüsusi təyinatlı dəstələrin olduğu avtobusların gətirildiyi də bildirilir. Bununla belə etiraz aksiyalarının dekabrın 1-də günorta saatlarında yenidən kütləvi xarakter alacağı istisna olunmur. Noyabrın 29-da axşam saatlarında etiraz edənlər prezident Viktor Yanukoviçin istefasını da tələbini irəli sürərək Avromeydanda koordinasiya şurasının yaradılmasını təklif ediblər. 

Qeyd edək ki, Ukrayna hökuməti noyabrın 21-də Avropa Birliyi ilə assosiasiya sazişinin imzalanması prosesini dayandırmaq barədə qərar qəbul edib. Bunu xəyanət kimi qiymətləndirən Ukrayna müxalifəti isə qərara etiraz olaraq günlərdir ən müxtəlif aksiyalar keçirir.

 


 

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU