Modern.az

“Hizbullah”dan bir gündə İsrailə qarşı 10 hərbi əməliyyat

“Hizbullah”dan bir gündə İsrailə qarşı 10 hərbi əməliyyat

Dünya

11 Avqust 2024, 09:34

Livanın hərbiləşdirilmiş təşkilatı “Hizbullah” 24 saat ərzində İsrail Müdafiə Qüvvələrinə qarşı 10 hərbi əməliyyat keçirib.

 

Modern.az xəbər verir ki, bu barədə təşkilatın bəyanatında deyilir.

 

Qeyd olunub ki, “Hizbullah” döyüşçüləri Livan-İsrail sərhədindəki vizual nəzarət sistemlərinə və İsrail ordusunun dörd bölük dayaq məntəqəsinə hücum ediblər.

 

Bundan başqa İsrail hərbçilərinin Tel-Şaar bölgəsində və Səfad şəhərinin cənub-qərbində yerləşən hərbi logistik bazaları pilotsuz uçan aparat ilə hücuma məruz qalıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu