Modern.az

“Dağlıq Qarabağı Gömrük İttifaqına necə üzv ola bilər ki?” – Politoloqdan şərh

“Dağlıq Qarabağı Gömrük İttifaqına necə üzv ola bilər ki?” – Politoloqdan şərh

30 Noyabr 2013, 10:40


“Ermənilər gerçəkliklə dostluq etmirlər, öz əsatirlər dünyasındadırlar. Əgər Gömrük İttifaqı tanınmış dövlətlərin birliyidirsə, tanınmış dövlət olmayan Dağlıq Qarabağ necə o birliyin üzvü olacaq?!”.

Bunu Modern.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib. O, Dağlıq Qarabağın Gömrük İttifaqına üzv olması iddiasına münasibət bildirərkən deyib ki, ittifaqın əsas oyunçusu Rusiyadır və bu dövlət Azərbaycanın ərazi bütövlüyünü tanıyır: “Rusiya prezidenti Vladimir Putin bu ilin avqustunda Azərbaycana gəldi və bu ölkə ilə dost olduğunu bildirdi. İndi nəyə əsasən Rusiya Dağlıq Qarabağı tanımalıdı? Qarabağın iqtisadi potensialı, geniş ərazisi, geniş bazarı olsaydı, bu addımı başa düşmək olardı. Qarabağın yeni ittifaqın üzvü olmasına səbəb yoxdur, amma ortada başqa məsələ var. Münaqişə tərəfləri indiki vəziyyəti müvəqqəti hesab edirlər. Müvəqqəti olduğuna görə də bu vəziyyətlə razılaşırlar. Tərəflər fikirləşirlər ki, Qarabağ məsələsi yaxın zamanda həll ediləcək”. Politoloq əlavə edib ki, Azərbaycan Rusiya ilə hesablaşmalıdır: “Ermənistan heç vaxt Azərbaycana təzyiq edə bilməz. Başqa dildə desək, çəkilərimiz müxtəlifdir, onlar yüngül çəkili, Azərbaycan isə orta çəkidədir. Rusiya çalışır ki, Qarabağdan istifadə etməklə Azərbaycanı da Kremldən asılı etsin. Azərbaycan Gömrük İttifaqına daxil ola bilməz. Hətta Ermənistanın həmin ittifaqa daxil olması Rusiyanın bir dövlət kimi süqutu deməkdir. Çünki Rusiya Federasiyasının bir neçə subyekti çox böyük gəlir gətirir. Ermənistan da həmin ittifaqa üzv olduqdan sonra oturacaq Rusiyanın belində. Bu da Rusiyanın süqutu ilə nəticələnəcək”.

Qeyd edək ki, Ermənistan Respublika Partiyasının deputatı Qaqik Minasyan deyib ki, Dağlıq Qarabağ de-fakto Gömrük İttifaqının tərkib hissəsi kimi qəbul edilib.

 

  İlkin PİRƏLİ  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?