Modern.az

Yaşıllar Partiyası Almaniyada sərhəd nəzarətini ləğv etməyə çağırıb

Yaşıllar Partiyası Almaniyada sərhəd nəzarətini ləğv etməyə çağırıb

Dünya

12 Avqust 2024, 09:26

Almaniyada Yaşıllar Partiyası sərhəd nəzarətini ləğv etməyə çağırıblar.

 

Modern.az DPA-ya istinadən xəbər verir ki, bu barədə partiyanın Avropa Komissiyasına göndərdiyi məktubda bildirilir.

 

Sənəddə qeyd edilir ki, Almaniya da Aİ-nin digər 7 üzvü kimi Şengen Sərhəd Məcəlləsinə uyğun fəaliyyət göstərmir. Daha əvvəl Almaniyanın daxili işlər naziri Nensi Feser bildirmişdi ki, nəzarət qeyri-qanuni miqrant axınının qarşısını almaq üçün tətbiq edilir və uğurlu üsula çevrilib. Məktubu imzalayanlar isə fərqli fikirdədirlər.

 

Məktubda deyilir: “Yeni ekspert hesabatı göstərir ki, sərhəd nəzarətinin ehtimal olunan təsirləri və bu sahədə əldə olunan uğurlar çox şübhəlidir”.

 

Hazırda İsveçrə, Çexiya və Polşa üçün dekabrın 15-dək, Avstriya üçün isə noyabrın 11-dək sərhəd nəzarəti tətbiq edilir. Bundan əlavə, Olimpiya Oyunları zamanı Fransa ilə sərhəddə yoxlamalar gücləndirilib.

 

Yaşıllar israr edirlər ki, böyük hadisələr zamanı nəzarət ağlabatan tədbirdir, lakin bu hadisələr bitdikdən sonra buna son qoyulmalıdır.

 

"Daimi daxili sərhəd nəzarəti sərhədyanı bölgələrdəki insanlar və şirkətlər, sərnişinlər, ticarət və polis üçün əlavə çətinliklər yaradır", - məktubda deyilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu