Modern.az

YAP nazir və icra başçılarının işinə nəzarət edəcək komissiyalar YARADIB

YAP nazir və icra başçılarının işinə nəzarət edəcək komissiyalar YARADIB

Ölkə

30 Noyabr 2013, 12:49

Siyavuş Novruzov partiyada yaradılmış komissiyaların STATUSU-nu açıqladı


Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov hakim partiyanın daxilində bir müddət əvvəl yaradılmış komissiyaların statusunu açıqlayıb. Modern.az saytına açıqlamasında S. Novruzov bildirib ki, YAP-da yaradılmış bu komissiyalar  ölkə səviyyəsində olan problemləri müəyyənləşdirərək, aradan qaldırılmasında kömək üçün yaradılıb.

S. Novruzov bildirib ki, YAP da kadr islahatlarına öz layiqli töhfəsini verir.

“YAP-ın Milli Məclisdə olan deputatları da tənqid olunası sahələrlə bağlı çıxışlar edir. Eyni zamanda toplantılarımızda da məsələ müzakirə olunur. Ümumrespublika səviyyəsində olan problemlərin aradan qaldırılması üçün YAP-ın komissiyaları da yaranıb”-deyə YAP-çı deputat vurğulayıb.
S. Novruzov əlavə edib ki, həmin komissiyalar alternativ təkliflər, layihələr hazırlayır.

Prezident İlham Əliyev tərəfindən aparılmış son kadr islahatalrını şərh edən YAP rəsmisi bu addımları dəstəklədiklərini bildirib.

“Mütəmadi olaraq hansı sahədə çatışmazlıq varsa, həmin sahələrdə islahatlar aparılır. Prezidentin sərəncamı ilə yeni təyin olunan müdafiə naziri, kənd təsərrüfatı naziri, əmək və əhalinin sosial müdafiəsi naziri öz tərəflərindən harda nöqsan varsa, orda dəyişiklik  edirlər”- deyə YAP icra katibinin müavini deyib.

Hakim partiya təmsilçisi hesab edir ki, gələcəkdə də hansı sektorda problemlər olacaqsa, onlar aradan qaldırılacaq.

Qeyd edək ki, prezident İlham Əliyevin sərəncamı ilə yeni təyin olunan kənd təsərrüfatı naziri Heydər Əsədov, müdafiə naziri Zakir Həsənov, əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümov bir sıra ciddi kadr dəyişikliyi aparıb.

Aqşin Kərimov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi