Modern.az

Vüqar Bayramov Vilnüsdə həmsədr seçilib

Vüqar Bayramov Vilnüsdə həmsədr seçilib

30 Noyabr 2013, 13:20

Bu gün Vilnüsdə keçirilən İdarə Heyətinin toplantısında Azərbaycan Milli Platformasının əlaqələndiricisi Vüqar Bayramov Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” Proqramının Vətəndaş Cəmiyyəti Forumunun həmsədri seçilib.

Modern.az xəbər verir ki, bu barədə iqtisadçı Qubad İbadoğlu məlumat verib. O bildirib ki, Vüqar Bayramov bu vəzifəni daşıyan ilk Azərbaycanlı olacaq.

Q. İbadoğlu hesab edir ki, onun bu nailiyyəti Azərbaycan Vətəndaş Cəmiyyətinin Milli Platformasının apardığı davamlı və sistemli fəaliyyətin nəticəsidir.

 

  Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU