Modern.az

Əminə Ağazadə Kürdəmirdə seçiciləri ilə bir arada

Əminə Ağazadə Kürdəmirdə seçiciləri ilə bir arada

12 Avqust 2024, 21:02

62 saylı Kürdəmir seçki dairəsindən deputatlığa namizəd Əminə Ağazadə seçkiqabağı təbliğat-təşviqat kampaniyası çərçivəsində bu gün Kürdəmir rayonunun Atakişili kəndində və  rayon mərkəzində bir qrup şəhər sakinləri ilə görüşüb.

 

Modern.az xəbər verir ki,  namizədin vəkili Zeynal Səfərov çıxış edərək Əminə xanımın VI çağırış Milli Məclisin deputatı kimi fəaliyyəti haqqında məlumat verib, görüş iştirakçılarını 1 sentyabr 2024-cü ildə keçiriləcək növbədənkənar parlament seçkilərində fəal olmağa çağırıb.


Deputatlığa namizəd Əminə Ağazadə  Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuzun Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsinin hər bir azərbaycanlı üçün əhəmiyyətindən söz açaraq ölkəmizin son illərdə əldə etdiyi uğurlardan, VI çağrış Milli Məclisdə Kürdəmir rayonundan təmsil olunan deputat kimi rayonun dövlət qurumları qarşısında qaldırdığı sosial-iqtisadi məsələlərindən, rayon əhalisi ilə apardığı mütamadi görüşlərdən, rayon sakinləri tərəfindən edilən müraciətlərin cavablandırılmasından söhbət açıb.


Əminə Ağazadə qarşıdan gələn parlament sekilərinin əhəmiyyətindən danışaraq seçiciləri aktiv olmağa, layiq bildikləri namizədə səs verməyə çağırıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!