Modern.az

İstirahət günü ölkə ərazisində yağmursuz hava şəraiti olacaq

İstirahət günü ölkə ərazisində yağmursuz hava şəraiti  olacaq

30 Noyabr 2013, 13:55

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  Modern.az verilən xəbər görə, Bakıda və Abşeron yarımadasında dekabrın 01-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. 
Cənub küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 6-9, gündüz 12-16 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında dekabrın 01-də hava şəraitinin əsasən yağmursuz olacağı, gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında az yağıntılı olacağı ehtimalı var. Cənub-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. 
Havanın temperaturunun gecə 3-8, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

 

 

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU