Modern.az

Polşada "Patriot" sistemləri istehsal ediləcək

Polşada "Patriot" sistemləri istehsal ediləcək

Dünya

13 Avqust 2024, 00:31

Polşa ABŞ-ın "Raytheon" konserni ilə “Patriot” hava hücumundan müdafiə sisteminin bir hissəsi olan 48 raket buraxılış qurğusunun birgə istehsalı ilə bağlı müqavilə imzalayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Polşa Radiosu məlumat yayıb.

 

Bildirilib ki, Polşa tərəfi saziş çərçivəsində buraxılış qurğuları üçün avadanlıq, eləcə də sistemlərə elektron dəstək verəcək. Bundan əlavə, Polşa texniki dəstək, bəzi raket komponentlərinin və radar sistemlərinin elementlərinin istehsalına diqqət yetirəcək.

 

Müqavilə çərçivəsində avadanlığın bir hissəsinin Polşada istehsal olunacağı və 2027-29-cu illərdə Polşa ordusunun istifadəsinə veriləcəyi nəzərdə tutulur.

 

“Patriot” sistemləri Polşada hava hücumundan müdafiə sisteminin əsas elementlərindən biridir”, - məlumatda qeyd edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal