Son uşaqlıq dövrü
Uşaqlığın ən hərəkətli dövrü, məhz 6 yaşa təsadüf edir. Bu dövrdə uşağın kiçik əzələləri olduqca inkişaf etmiş olduğundan , digər yaşlara nisbətlə əl işlərində daha bacarıqlıdır. Kəsib yapıştırar , boya edər , şəkil edər , bütün vasitə və vəsaitləri yaxşı istifadə edər. Bu ərəfədə onlar oyun çağının bir çox xüsusiyyətlərini göstərməyə davam edir. Reaksiya və davranışları fərqli olur. Yalnış davranışların nə olduğunu bildiyi halda tez-tez yetkinləri əsəbləşdirmək istəyirlər. İlk məktəbə başlamasıyla birlikdə çətin zamanları başlayır. Ağlı oyunda olan uşağın sinif içində qaydalara uyğun gəlməsi və ictimai mühitlərdə uyumlu olması gözlənilir. Bu da uşağın üzərindəki təzyiqi daha da artırır.
Zehni İnkişaf. Bu çağda uşağın zehin gücü və yaddaşı bir xeyli inkişaf edir. Müşahidələr və təcrübələr nəticəsində bir sıra hökmlər verə bilir. Tez özünü tərifləyər. Bu dövrün sonunda öz qüsurlarını görməyə başlər və tənqid edir.Yaxşılıq və pislik anlayışları , ana -atanın bəyəndiyi və bəyənmədiyi davranışları ilə əlaqədar olaraq dəyişir . Davranışlarının böyüklər tərəfindən bəyənilməsinə əhəmiyyət verirlər. Qüsurlu görünmək onları narahat edir . “Başqalarına zərər vermək pisdir " kimi ümumi dəyər mühakimələrinə vara bilirlər. Bu dövrdə uşaqlara hansı davranışların yaxşı və ya pis olduğunu tanıtmaq faydalıdır.
Ailə münasibətləri. Bu yaşda olan uşaqlar ailə böyüklərinə qarşı rəftarda çoxbilmişlik edə bilərlər. Çox vaxt şəxsiyyətini göstərmə , inadçılıq , dik müvəffəqiyyət , itaətsizlik ola bilər. Böyüklərinin hər şeyi daha yaxşı bildikləri və etdiklərini düşünürlər. Ana- atasını özünə nümunə seçirlər. Məktəbdə günün əhəmiyyətli bir qisimini keçirməsinə baxmayaraq, ana- ata sevgi və marağına ehtiyacı çox qüvvətlidir.
Məktəb əlaqələri. Birinci sinfə gedən uşaq müəlliminə böyük maraq və heyranlıq duyar. Özünü bəyəndirmək üçün əlindən gələni edər. Çox görülən şikayət hadisəsi, müəllimin marağını çəkmək üçün edilir. Tənqid uşaqlarda çox böyük təsir yaradar.
Qabiliyyətləri. 6 yaşına çatan uşaqların qabiliyət və bacarıqları getdikcə artmağa başlayır. Soruşulduğu zaman sağını - solunu göstərir. İki şəkildən birində var olan fərqlilikləri göstərir. Müəyyən bir hadisədən sonra nə olacağını təxmin edir. Gündəlik təcrübələrini izah edir. Bir-birini izləyən üç əmr cümləsindən istəniləni sırası ilə yerinə yetirər . Yer bildirən sözləri yerində və doğru olaraq istifadə edər. İstəklərini uyğun cümlələrlə ifadə edər. Uşaq əlini , üzünü yuyar , qurulayar . Öz-özünə geyinər , soyunar . Yemək yeyərkən uyğun vasitədən istifadə edir. Dişlərini fırçalayar, saçlarını darayar. Bıçaqla yumşaq obyektləri kəsər.
Duyğusal inkişaf. Bu ərəfədə olan uşaqlar cəmiyyət içində özündən gözlənilən uyğun davranışları göstərər. Hirslilik, xoşbəxtlik, sevgi kimi duyğularını müəyyən edər. Başqalarının duyğularını anlayar . Başqalarına oyunun və ya fəaliyyətin qaydalarını izah edir. Uşaq özünə güvən hissi duyar. Yeni və qeyri-ənənəvi vəziyyətlərə uyğunlaşma təmin edər. Öz yoldaşlarını özü seçər. Zaman , yer və detallarla əlaqədar məlumat verildikdə gerçəyə yaxın drammatik oyunlar oynayar . İş birliyinə söykənən oyunlara qatılır. Özünü ifadə etmədə xüsusi yollar istifadə edər . İstədiklərinə çatmaqda ictimai olaraq qəbul edilə bilər davranışlar göstərər.
Şiddət və cəza. Uşaq psixolgiyasında nə qədər şiddətə, cəzaya yox deyilsə də, buNu müdafiə edənlər də var. Bu cür intizam öyrətmək uşaqda əsəbilik, güvənsizlik , həddindən artıq itaətsizlik kimi mənfi duyğulara səbəb olur. Şiddət göstərilən uşaqlarda qarın ağrısı, mədə bulantısı, baş ağrısı görülə bilər. Şiddət görən uşaq şiddət göstərər. Bəzən valideynlər cəzalandırma və intizamı qarışdırırlar. Bunu da qeyd edək ki, şiddətin ən dəhşətlisi uşağı döyməkdir.
Tövsiyə. Uşağınızı döymək, ondan çox sizi incidirsə, anlayın ki, o zaman doğru yolda deyilsiniz. Çünki, ondan daha təsirli yollar da var. Əgər uşağınız səhər yeməyini yemirsə, onu döymək əvəzinə, boşqabı önündən götürsəniz, daha təsirli olacaq. Bir az keçdikdən sonra acıyacaq, yeməyi istəyəcək. Əgər uşağınızın etdiyi səhvə görə, ona cəza vermək istəyirsinizsə, .həmin cəzanın incidici olmamasına diqqət edin. “ Səni kəsərəm, öldürərəm” kimi ifadələr işlətməkdən uzaq olun. Hər şey uşağınızın intizamlı olması üçündürsə, ən gözəl intizam cəza deyil, sevgidir. Bunu da unutmamaq lazımdır.
Ulduz İBRAHİMOVA