Modern.az

Əli Məsimli Şəkinin kəndlərində görüşlər keçirib

Əli Məsimli Şəkinin kəndlərində görüşlər keçirib

12 Avqust 2024, 18:03

Avqustun 11-də 113 saylı Qax-Şəki seçki dairəsindən VII çağırış Milli Məclisin deputatlığına namizəd Əli Məsimli seçkiqabağı  təbliğat-təşviqat kompaniyasını Şəkinin Şin, Baş Layısqı, Cunud və Qumux kəndlərinin seçiciləri ilə görüşlərlə davam etdirdi.

 

Modern.az xəbər verir ki, görüşlərdən öncə Aşağı Layskı kəndində yerləşən şəhidlər xiyabanı ziyarət edildi.
Əli Məsimlinin hər bir görüşündə olduğu kimi, bu görüşlərdə də əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

 


Sonra Əli Məsimli Milli Məclisdəki fəaliyyəti ilə bağlı hesabat xarakterli məlumat verdi və seçiciləri yeni platformasının əsas məqamları ilə tanış etdi. Əli Məsimli bildirdi ki, etimad göstərildiyi təqdirdə yenə də islahatçı mövqe sərgiləyəcək və onun parlament fəaliyyətində seçicilərlə görüş zamanı qaldırılan məsələləri Milli Məclis tribunasından səsləndirilməsi prioritet təşkil edəcək. Görüşlərin gedişində  Əli Məsimli seçicilərin sual və təkliflərinə münasibət bildirib.


Sonda Əli Məsimli seçiciləri  sentyabr ayının 1-də keçiriləcək parlament seçkilərində fəal iştirak eməyə və ölkənin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə xidmət etdən islahatlara öz səsləri ilə dəstək olmağa çağırdı.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!