“Azərbaycan AvroAtlantik məkanla mütəmadi olaraq əməkdaşlıq edib. Hesab edirəm ki, Azərbaycanla Avropa İttifaqı arasında viza rejimin sadələşdirilməsi ilə bağlı sazişin imzalanması təqdirə layiqdir”.
Bunu Modern.az-a açıqlamasında YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib. O, sözügedən sazişin perspektivi haqqında danışarkən bildirib ki, bundan sonra Azərbaycan vətəndaşları üçün yeni imkanlar açılacaq.
YAP funksionerinin sözlərinə görə, Avropa vətəndaşlarının da Azərbaycanın turist mövqelərindən istifadə etməsi üçün imkanlar artacaq. “Bu baxımdan viza rejiminin yüngülləşdirilməsi olduqca müsbət bir addımdır”, – deyə S. Novruozv qeyd edib.
Xatırladaq ki, noyabr ayının 29-da Vilnüsdə keçirilən III Şərq Tərəfdaşlığı Sammiti çərçivəsində Azərbaycan və Avropa Birliyi arasında viza rejiminin sadələşdirilməsi barədə saziş imzalanıb.
Aqşin Kərimov