Modern.az

Fəzail Ağamalının yeni müavinləri seçildi

Fəzail Ağamalının yeni müavinləri seçildi

30 Noyabr 2013, 15:05

Noyabrın 30-da Ana Vətən Partiyası Ali Məclisinin iclası keçirilib. AVP Mətbuat xidmətindən Modern.az-a bildirilib ki, Ali Məclisin iclasında partiyanın sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı partiyanın 2013-cü ildə  qazandığı uğurlardan, Azərbaycanda hüquqi-demokratik  dövlət quruculuğunun möhkəmləndirilməsində partiyanın xidmətlərindən, 9 oktyabr prezident seçkilərində partiyanın iştirakından bəhs edib. F.Ağamalı prezident seçkilərində  fəal iştiraklarına görə partiya üzvlərinə öz təşəkkürünü bildirib.  Daha sonra  AVP  Mərkəzi Aparatı  rəhbərinin  məruzəsi dinlənilib. Mərkəzi Aparatın rəhbəri Elçin Ağamalı  öz məruzəsində  2013-cü ilin müvafiq dövründə görülmüş işlər barədə ətraflı məlumat verib.  Eyni zamanda E.Ağamalı qarşıda duran işlər barədə Ali Məclisin üzvlərinə məlumat verib.  Gündəlikdə duran təşkilati  məsələlərə  baxılaraq  AVP  Gənclər  Təşkilatının sədri Tural Məmmədov Ali Məclisə yeni üzv qəbul olunub. Daha sonra partiya sədri Fəzail Ağamalının  təqdimatı ilə Elçin Ağamalı təşkilati məsələlər üzrə, Zülfiyyə Mustafayeva beynəlxalq məsələlər üzrə  sədr müavinləri seçiliblər. İclasın sonunda 7 nəfərdən ibarət Mərkəzi Şura seçilib.



Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU