Modern.az

Ramil Usubov Sumqayıtda vətəndaşları qəbul edib

Ramil Usubov Sumqayıtda vətəndaşları qəbul edib

30 Noyabr 2013, 16:11

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov noyabrın 30-da Sumqayıt şəhərində növbəti qəbul keçirib.

DİN mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Şəhər Polis İdarəsində Sumqayıt və Abşeron sakinlərini, eyni zamanda, Qubadlı, Zəngilan və Füzuli rayonlarından olan bir qrup məcburi köçkünü qəbul edən nazir onların müraciətlərini dinləyib, qaldırılan məsələlərin operativ şəkildə həll edilməsi üçün konkret tapşırıqlar verib.

Müraciətlərin böyük əksəriyyəti elə yerindəcə öz həllini tapıb. Polis fəaliyyətinə aid olmayan ərizələrin aidiyyatı üzrə digər dövlət orqanlarına göndəriləcəyi və onlara mövcud qanunvericiliyə uyğun şəkildə baxılacağı nəzərə çatdırılıb. 

Sakinlər göstərilən diqqət və qayğıya, bölgələrdə mütəmadi olaraq vətəndaşların qəbulunun təşkilinə, icra orqanlarının rəhbərləri tərəfindən müraciətlərinə operativ münasibətə və həssas yanaşılmasına görə minnətdarlıq ediblər.

 

Sizə yeni x var
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU