Modern.az

Yaponiya baş naziri ikinci müddətə namizəd olmayacaq

Yaponiya baş naziri ikinci müddətə namizəd olmayacaq

Dünya

14 Avqust 2024, 09:23

Yaponiyanın baş naziri Fumio Kişida hakim Liberal Demokrat Partiyasına rəhbərlik etmək üçün sentyabrda keçiriləcək seçkilərdə ikinci müddətə namizəd olmayacaq.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin yerli mediası yazır.

 

Beləliklə, o, seçkilərdən sonra baş nazir postunu tərk edəcək,

 

Yaponiya baş naziri mətbuat konfransında jurnalistlərə deyib: "Qarşıdan gələn seçkilərdə seçicilərə yeni Liberal Demokrat Partiyasını nümayiş etdirmək vacibdir... Ona görə də ilk aşkar addım mənim kənara çəkilməyimdir".

 

Bundan əvvəl Fumio Kişida “Mərkəzi Asiya+Yaponiya” sammitində iştirak etməli olduğu Qazaxıstana səfərini Yaponiyada meqa zəlzələ ehtimalına görə təxirə salmışdı.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu