Modern.az

Gürcüstan-Rusiya sərhədinə gedən yol BAĞLANIR

Gürcüstan-Rusiya sərhədinə gedən yol BAĞLANIR

14 Avqust 2024, 10:44

Gürcüstan-Rusiya sərhədinə gedən yolda məhdudiyyətlər tətbiq edilir.

 

Modern.az xəbər verir ki, bu barədə "Sputnik Georgia" məlumat yayıb.

 

Bildirilib ki, Mtsxeta-Stepantsminda-Lars avtomobil yolunun 132-135-ci km-də yerləşən Devdoraki tunelində cari təmir işləri ilə əlaqədar avqustun 15, 16 və 17-də saat 10:00-dan 19:00-dək bütün növ nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

 

Tunelin bağlanması zamanı avtomobillər dolay yoldan istifadə edə biləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu