Son zəlzələ nəticəsində Ermənistanın Geğarkunik vilayətində (Göyçə) 80-dən çox yaşayış binası və digər tikililərə ziyan dəyib.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Sözçü Narek Sarkisyan mətbuat konfransında bildirib ki, yeraltı təkanların nəticələrinin qiymətləndirilməsi davam edir. Avqustun 12-dən sonra Daxili İşlər Nazirliyinə daha 120 təkan (afterşok) siqnalı daxil olub.
Zəlzələnin nəticələrini qiymətləndirən komissiya artıq Yeranos kəndində 56 evdə, məktəb və uşaq bağçasında dağıntılar, Tsovasarda iki evdə çatlar, Tsakkarada məktəb, kilsə və mədəniyyət mərkəzinin binalarına ziyan dəydiyini qeyd edib.