1 sentyabr tarixində keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı Sabunçu rayonu Kürdəxanı Qəsəbəsi məcburi köçkün şəhərciyində təbliğat-təşviqat kampaniyası çərçivəsində 120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsindən YAP-ın vahid namizədi Ceyhun Məmmədovun seçiciləri ilə növbəti görüşü keçirilib.
Modern.az xəbər verir ki, “Yeni Dövrə Yeni Azərbaycanla” devizi ilə 44 günlük Vətən Müharibəsindən sonrakı reallıqlarının fonunda beynəlxalq statusu artmaqda olan ölkəmizin yeni mərhələyə qədəm qoyması vurğulanmış, Yeni Azərbaycan Partiyasının hər zaman dövlətimizin, cənab prezidentin siyasətinə sadiqlik nümayiş etdirməsini qeyd edən Cəbrayıl rayon ziyalıları bugün müstəqil Azərbaycanın qurucusunun Heydər Əliyev olduğunu qeyd ediblər. Seçicilər namizəd Ceyhun Məmmədova dəstək olduqlarını, ötən dövr ərzində millət vəkilinin fəaliyyətini yüksək qiymətləndirdiklərini bildiriblər. Səsvermə günü seçicilərə yüksək fəallıq və iştirakçılıq arzu edən Ceyhun Məmmədov bundan sonra da bu fəaliyyətini davam etdirəcəyini vurğulayıb.
Görüşün sonunda seçicilərin fikir və təkliflərini dinlənilib, mövcud problemlərin operativ qaydada həlli ilə müvafiq söhbətlər aparılıb.