Modern.az

Hidayətlə Zelimdən Prezidentə hədiyyə - FOTO

Hidayətlə Zelimdən Prezidentə hədiyyə - FOTO

14 Avqust 2024, 15:12

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib.

 

Modern.az-ın məlumatına görə, Olimpiya çempionları, cüdoçular Hidayət Heydərov və Zelim Kotsoyev Azərbaycan Prezidentinə xatirə hədiyyələrini təqdim ediblər.

 

Qeyd edək ki, dövlətimizin başçısı XXXIII Paris Yay Olimpiya Oyunlarında qazanılan yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə təltif olunan idmançılara və onların məşqçilərinə ordenləri təqdim edib.

 

Xatırladaq ki, Prezident İlham Əliyevin ötən gün imzaladığı sərəncamlarla XXXIII Paris Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Hidayət Heydərov və Zelim Kotsoiev “Şöhrət” ordeni ilə təltif edilib.

 

Hidayət Heydərov və Zelim Kotsoievə, həmçinin 600 min manat (400 min manat Azərbaycan Prezidenti, 200 min manat isə Milli Olimpiya Komitəsinin Prezidenti tərəfindən), onların məşqçilərinə isə 300 min manat (200 min manat Azərbaycan Prezidenti, 100 min manat isə Milli Olimpiya Komitəsinin Prezidenti tərəfindən) veriləcək.

 

Onu da qeyd edək ki, "Paris-2024" Yay Olimpiya Oyunlarında 15 idman növü üzrə 48 idmançı ilə təmsil olunan Azərbaycan 7 medal qazanıb. Azərbaycan komandasının heyətində cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, taekvondoçu Qaşım Maqomedov (58 kiloqram) və boksçu Alfonso Dominqes (92 kiloqram) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram), sərbəst güləşçilər Maqomedxan Maqomedov (97 kiloqram) və Giorgi Meşvildişvili (125 kiloqram) isə bürünc medala sahib çıxıblar. Ölkəmiz medal sıralamasında Xorvatiya ilə birlikdə 30-31-ci yerləri bölüşdürüb.

1370945

 

1370968

1370969

1370970

1370971

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü