Avqust ayının 14-də 113 saylı Qax-Şəki seçki dairəsindən VII çağırış Milli Məclisin deputatlığına namizəd Əli Məsimli seçkiqabağı təbliğat-təşviqat kompaniyası çərçivəsində Qax rayonunun Ləkit kəndində yaşayan seçicilərlə görüş keçirmişdir.
Modern.az xəbər verir ki, Əli Məsimlinin hər bir görüşündə olduğu kimi, bu görüşdə də əvvəlcə Dövlət Himni səsləndirildi, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Əli Məsimli platformasında əksini tapan ölkə, Şəki-Zaqatala iqtisadi rayonu və ayrı-ayrılıqda Qax və Şəki rayonları səviyyəsində, eləcə də hər bir vətəndaşın qayğıları ilə bağlı məsələlərə toxundu. Görüş iştirakçıları öz çıxışlarında Ləkit kəndində mövcud olan problemləri səsləndirdilər və onların həllinin sürətləndirilməsinin vacibliyini vurğuladılar.