Modern.az

ABŞ-da 4 qulağı olan pişik DOĞULUB

ABŞ-da 4 qulağı olan pişik DOĞULUB

14 Avqust 2024, 15:54

ABŞ-da 4 qulağı olan pişik doğulub.

 

Modern.az "Bild"ə istinadən xəbər verir ki, heyvan 4 ay əvvəl Tennessi ştatının Neşvill şəhərində anadan olub.

 

Pişiyin üç qardaşı və bacısı var, onların normal qulaqları var. İndi onlar tərk edilmiş heyvanlar üçün sığınacaqda yaşayırlar. 4 pişik balasının hamısı küçədə lentlə bağlanmış qutuda tapılıb.

 

Alimlərin fikrincə, 4 qulaqlı pişiklərə təbiətdə nadir hallarda da olsa rast gəlinir. Anomaliya qulağın daxili mexanizmini deyil, yalnız xarici qulaqları təsir edir. Yəni pişik yalnız iki qulağı ilə eşidir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu