Modern.az

4 şəhidimiz Abşeronda dəfn edildi - 32 ildən sonra... - FOTOLAR

4 şəhidimiz Abşeronda dəfn edildi - 32 ildən sonra... - FOTOLAR

15 Avqust 2024, 12:44

Bu gün Abşeron rayonunun Mehdiabad qəsəbə Qəbiristanlığında Birinci Qarabağ Müharibəsi zamanı şəhid olmuş 4 hərbçimizin nəşi dəfn olunub.

 

Modern.az xəbər verir ki, şəhid Camalov Elman Hüseyn oğlu (23.06.1970-26.01.1992), şəhid Əbilov Əbülfəz Əbülfət oğlu (12.02.1961-19.01.1994), şəhid Şirinov Tahir Şirin oğlu (23.08.1959-23.10.1993) və şəhid Hüseynov Cavanşir Ərşad oğlu (15.07.1960-23.10.1993) torpağa tapşırılıb.

 

Şəhidlərimizin dəfn mərasimində rayon icra hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının və idarə-təşkilat rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyəti iştirtak edib. Mərasimdə hərbi orkestrın müşayəti ilə Dövlət Himni səslənib, yaylım atəşi açılıb, dular oxunub. Sonra şəhidlərin ruhuna ehsan süfrəsi açılıb.

 

1371273

1371345

1371346

1371348

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü