Modern.az

Tamam Cəfərovanın seçicilərlə görüşləri davam edir - FOTO

Tamam Cəfərovanın seçicilərlə görüşləri davam edir - FOTO

Aktual

15 Avqust 2024, 13:13

2024-cü il sentyabrın 1-də VII çağırış Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat kampaniyası çərçivəsində 88 saylı Şamaxı seçki dairəsindən deputatlığa namizəd Tamam Cəfərovanın növbəti görüşü rayonun Mirikənd, Qaravəlli, Məlcək kəndlərinin sakinləri ilə olub.

 

Modern.az xəbər verir ki, çıxış edən deputatlığa namizəd Tamam Cəfərova bildirib ki, seçkilərin bütöv və suveren ərazilərimizdə keçirilməsi hər bir azərbaycanlı üçün böyük fəxrdir. 

 

Müstəqillik tariximizdə ilk dəfə olaraq Milli Məclisə seçkilər bütün ölkə ərazisində keçiriləcək. O, seçiciləri belə bir tarixi hadisədə fəal iştirak etməyə çağırıb. Həmçinin, görüş zamanı  Tamam Cəfərova ötən dövrdəki fəaliyyəti və seçki platforması haqqında seçicilərə məlumat verib. Daha sonra seçicilərin müraciətləri dinlənilib. 

 

Seçicilərlə görüşdən sonra ənənəvi olaraq, Mirikənd kəndində Vətən müharibəsi şəhidi Beydiyev Nazim Eynulla oğlunun ailəsi ziyarət edilib. Bir daha şəhidimizə Allahdan rəhmət, ailəsinə və yaxınlarına səbr diləyirik.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI