Modern.az

Muxtar Babayevin müavinlərinin sayı artırıldı

Muxtar Babayevin müavinlərinin sayı artırıldı

15 Avqust 2024, 14:43

Ekologiya və təbii sərvətlər nazirinin müavinlərinin sayı artırılıb.

 

Modern.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə fərman imzalatıb.

 

Fərmanla “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”nin 5.4-cü bəndinə dəyişiklik edilib.

 

Dəyişikliyə əsasən, ekologiya və təbii sərvətlər nazirinin birinci müavini postu yaradılıb. Birinci müavin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad ediləcək.

 

Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

 

Qeyd edək ki, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevdir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü