Modern.az

Türkiyədə meymunçiçəyi yoxdur - RƏSMİ

Türkiyədə meymunçiçəyi yoxdur - RƏSMİ

Dünya

15 Avqust 2024, 16:02

Türkiyənin Səhiyyə Nazirliyi ölkədə meymunçiçəyi virusunun yayılma vəziyyəti ilə bağlı açıqlama yayıb.

 

Modern.az TRT-yə istinadən xəbər verir ki, açıqlama nazirliyin rəsmi sosial media səhifəsində yayımlanıb.

 

"Xüsusilə Afrika qitəsində müşahidə olunan meymunçiçəyi xəstəliyinə 2024-cü ildə Türkiyədə rast gəlinməyib. Ölkəmizdə hələlik heç bir məhdudiyyət və ya əlavə tədbirə ehtiyac yoxdur. Nazirliyimiz və elmi şuramız, səhiyyə infrastrukturumuzla proses yaxından təqib edilir", - deyə qeyd olunub.

 

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı Afrikadakı vəziyyətlə bağlı fövqəladə hal elan edib.

Bu xəbər ilə bağlı
Meymunçiçəyi yayılır: Kimlərin yoluxmaq ehtimalı daha çoxdur?
Xəbəri oxu
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu