Modern.az

Taliban Əfqanıstanda 1,4 milyon qızı təhsildən məhrum edib

Taliban Əfqanıstanda 1,4 milyon qızı təhsildən məhrum edib

15 Avqust 2024, 17:34

Əfqanıstanda 2021-ci ildə hakimiyyəti ələ keçirmiş Taliban qruplaşması 1,4 milyon əfqan qızı məktəb təhsilindən məhrum edib.

 

 Modern.az NEXTA-ya istinadən xəbər verir ki, bunu UNESCO açıqlayıb.

 

Talibanın hakimiyyəti altında olan Əfqanıstan dünyada qadınların orta və ali təhsil almasına qadağa qoyulan yeganə ölkədir.

 

2021-ci ildə hakimiyyətə gəldikdən sonra Taliban şəriət qanunlarına zidd olduğunu əsas gətirərək qızların altıncı sinifdən sonra təhsilini qadağan edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu