Modern.az

Məhərrəm Əliyev iranlı həmkarı ilə görüşüb

Məhərrəm Əliyev iranlı həmkarı ilə görüşüb

Aktual

15 Avqust 2024, 17:39

Azərbaycanın Belarusdakı səfiri Məhərrəm Əliyev İranın bu ölkədəki səfiri Əlirza Sanei ilə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə səfirliyin “X” sosial şəbəkəsindəki hesabında bildirilib.

 

Görüş zamanı Azərbaycan səfiri iranlı həmkarına Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında aparılan tikinti və bərpa işləri barədə məlumat verib.

 

“Tərəflər ölkələrimiz arasında münasibətlərin cari vəziyyəti və perspektivlərini müzakirə edib, aktual beynəlxalq mövzular, regional vəziyyət, eləcə də qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərlə bağlı fikir mübadiləsi aparıblar”, - məlumatda qeyd olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI