Modern.az

Britaniya və Fransa XİN başçıları İsrailə gedir

Britaniya və Fransa XİN başçıları İsrailə gedir

Dünya

16 Avqust 2024, 09:21

Britaniyanın xarici işlər naziri Devid Lemmi Yaxın Şərqdə genişmiqyaslı müharibənin qarşısını almağa çalışmaq məqsədilə İsrailə səfər edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, səfərdə Devid Lemmidən başqa Fransanın xarici işlər naziri Stefan Sejurne da iştirak edəcək.

 

Onlar İsrailin xarici işlər naziri İsrael Katz və strateji işlər naziri Ron Dermerlə görüşəcəklər. Səfər çərçivəsində İsrailin Baş naziri Benyamin Netanyahu ilə də görüşün baş tutması güman edilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu