Modern.az

Azər Kərimli seçiciləri ilə yenidən bir araya gəldi 

Azər Kərimli seçiciləri ilə yenidən bir araya gəldi 

16 Avqust 2024, 14:24

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində 111 saylı Zaqatala–Balakən seçki dairəsi üzrə deputatlığa namizəd Azər Kərimli növbəti görüşünü keçirib.

 

Modern.az xəbər verir ki, Azər Kərimli bu dəfə Göyəm, Sumaylı, Dardoqqaz və Çökəkoba kəndlərinin sakinləri ilə bir araya gəlib.

 


Görüşdən əvvəl  Birinci və ikinci Qarabağ müharibələrində şəhid olmuş qəhrəmanların məzarları  ziyarət olunub. Azər Kərimli giriş nitqində budəfəki  seçkilərin Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü bərpa etdikdən sonra ilk parlament seçkiləri olduğunu vurğulayıb. Cənab prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın suverenliyinin bərpa olunması qeyd olunub. 

 


Torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  
Azər Kərimli seçicilərlə görüşdə  ötən dövr ərzində görülən işlər barədə də danışıb. Daha sonra deputatlığa namizəd Azər Kərimli seçicilərin suallarını cavablandırıb.

Sizə yeni x var
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü