Modern.az

Putin Azərbaycana gəlir - Tarix AÇIQLANDI

Putin Azərbaycana gəlir - Tarix AÇIQLANDI

16 Avqust 2024, 16:18

Rusiya Prezidenti Vladimir Putin Azərbaycana səfər edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

 

Səfər avqustun 18-19-da baş tutacaq.

 

Məlumata görə, səfər zamanı Rusiya-Azərbaycan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da inkişaf etdirilməsi məsələləri, habelə aktual beynəlxalq və regional problemlər müzakirə olunacaq.



Səfərin yekunları üzrə dövlət başçılarının Birgə Bəyanatının qəbul edilməsi, hökumətlərarası və digər sənədlərin imzalanması planlaşdırılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü