Modern.az

Ceyhun Məmmədov cəbrayıllı köçkünlərlə görüşdü - FOTO

Ceyhun Məmmədov cəbrayıllı köçkünlərlə görüşdü - FOTO

Aktual

16 Avqust 2024, 21:10

Yeni Azərbaycan Partiyasının 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi üzrə deputatlığa namizədi Ceyhun Valeh oğlu Məmmədov avqustun 16-da seçki kampaniyası çərçivəsində Bakının Nərimanov rayonu Ələsgər Qayıbov 20/90 küçəsində məskunlaşan Cəbrayıldan olan məcburi köçkünlərlə həyətlərdə söhbətlər edib, seçki platforması haqqında məlumat verib.

Seçiciləri sentyabr ayının 1-də fəal olmağa çağırıb.

O, seçicilərə müraciətlə vurğulayıb ki, ona göstərilən etimadı doğrultmaq üçün əlindən gələni əsirgəməyəcək. 

Ceyhun Məmmədov Azərbaycan dövlətinin gənclərə olan qayğı və diqqətindən, eləcə də Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlardan danışıb. O, Yeni Azərbaycan Partiyasının qurucusu Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin həyata keçirilməsi nəticəsində ölkəmizdə stabillik və əmin-amanlıq yaradıldığını, dərin islahatlar həyata keçirildiyini, xalqımıza firavan gələcək vəd edən iqtisadi uğurların təməllərinin qoyulduğunu, insan hüquq və azadlıqları təmin olunduğunu vurğulayıb. Bildirib ki, bu gün həmin siyasət Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və həyata keçirilən islahatlar nəticəsində, dövlətimiz yeni inkişaf mərhələsinə qədəm qoyub.

Görüşün sonunda seçicilər onları maraqlandıran sualları deputatlığa namizəd Ceyhun Valeh oğlu Məmmədova ünvanlayıblar. Seçicilərin müraciətləri dinlənilib və aidiyyatı üzrə qurumlara istiqamətləndiriləcəyi bildirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI