Modern.az

Blinken İsrailə gedir

Blinken İsrailə gedir

17 Avqust 2024, 00:59

ABŞ Dövlət katibi Antoni Blinken bu gün İsrailə səfər edəcək.

 

Modern.az-ın məlumatına görə, bu barədə Dövlət Departamenti məlumat yayıb.

 

Səfərin məqsədi Qəzza zolağında atəşkəs və girovların azad edilməsi üzrə sazişin bağlanması istiqamətində intensiv diplomatik səyləri davam etdirməkdir. Bildirilir ki, A.Blinken səfər zamanı bölgədəki bütün tərəflərin eskalasiyadan və ya razılaşmanın yekunlaşmasına xələl gətirə biləcək hər hansı hərəkətdən çəkinməsinin vacib olduğunu vurğulayacaq. Qeyd edək ki, atəşkəs və girovların azad edilməsi üzrə sazişin bağlanması istiqamətində təklif ABŞ tərəfindən irəli sürülüb, Misir və Qətərin dəstəyi ilə həyata keçirilir. Xatırladaq ki, Dohada keçirilən danışıqların ilk günündə irəliləyiş əldə olunub. Danışıqların növbəti raundu gələn həftə Misirin paytaxtı Qahirədə baş tutacaq.

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu