Modern.az

3 hərbçiyə "general-mayor" rütbəsi verildi

3 hərbçiyə "general-mayor" rütbəsi verildi

17 Avqust 2024, 11:37

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında" Sərəncam imzalayıb.

 

Modern.az xəbər verir ki, Sərəncamla Dövlət Sərhəd Xidmətinin (DSX) aşağıdakı hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsi verilib:

 

polkovnik Bəhmən Rza oğlu Babayevə

 

polkovnik Əyyub Vəli oğlu Məmmədova

 

polkovnik Nəsib Tahir oğlu Mirzəyevə.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI