Modern.az

Anar Cəbrayıllı vəzifəsindən getdi 

Anar Cəbrayıllı vəzifəsindən getdi 

17 Avqust 2024, 14:37

Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Publik Hüquqi Şəxsin mətbuat katibi Anar Cəbrayıllı vəzifəsindən ayrılıb.

 

Modern.az xəbər verir ki, bu barədə o, özünün sosial şəbəkə hesabında paylaşım edib.

 "Ən böyük hədiyyəm Cənab Prezident İlham Əliyevin 22 iyul 2020-ci il tarixli Sərəncamı ilə təltif edildiyim Tərəqqi medalı oldu.

 

Vətən Müharibəsinin ən qızğın çağında Cəbrayıl şəhərində və rayonun Daşkəsən kəndindəki hərbi obyektlərin və hospitalların dağıdılmış içməli su təchizatının bərpasında iştirak etməyin, işğaldan yenicə azad olunmuş doğma kəndimdə olmağın verdiyi xoşbəxtlik bir ömür boyu unudulmayacaq hisslər olaraq qalacaq", - o, paylaşımda bildirib.

 

Qeyd edək ki, A.Cəbrayıllı bundan öncə Azərsu ASC-nin mətbuat xidmətinin rəhbəri olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü