Modern.az

“Azərpoçt”: “Qəzetləri ən ucqar kəndə belə, çatdırırıq”

“Azərpoçt”: “Qəzetləri ən ucqar kəndə belə, çatdırırıq”

2 Dekabr 2013, 12:59


“Azərpoçt Mətbuat Yayımı” MMC-nın rəisi Elxan Ağabəyli Modern.az-a açıqlamasında Azərbaycanda yazılı mətbuatın ünvanlara çatdırılmasına aydınlıq gətirdi.

“Fəaliyyətimiz mətbuata abunə və onun müəyyən qisminin daşınmasıdır. Azərbaycanda istənilən yerə dövlət xətti ilə mətbuatın daşınmasını həyata keçirən bizik. İstənilən firma bir mətbuatın satışını öz üzərinə götürür və onun paylanmasını bizimlə təşkil edir. Çünki özləri müstəqil şəkildə ünvanlara çatdıra bilmirlər. Hər hansı yazılı mətbuatın xaricə çatdırılması da bizim MMC ilə həyata keçirilir”.

E. Ağabəylinin sözlərinə görə, “Azərbaycan” Nəşriyyatında mətbuat yayımı şirkətinin növbətçiləri var. “Onlar qəzetləri qəbul edir. Səhər isə 6 istiqamətdə maşınlar yola düşür. İstiqamət üzrə çap mətbuatını regionlar üzrə paylayırıq. Ən uzaq Qazax marşrutudur ki, ora da çatdırılma var. O cümlədən Rabitə Nazirliyi xətti ilə Naxçıvan ərazisində də dövrü nəşrlərin abunəsi və satışı təmin olunur. Dövrü nəşrlərin, bilavasitə abunələrin respublika poçt üzrə aparılması və poçt şöbələrində mətbuatın müəyyən qisminin satışının təmin olunması və paylanmasını təşkil edirik”.

Gülşən Raufqızı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi