Modern.az

Azərbaycanda qadın müəllimə şiddət göstərildi - Polis araşdırma aparır

Azərbaycanda qadın müəllimə şiddət göstərildi - Polis araşdırma aparır

Hadisə

18 Avqust 2024, 00:07

"Ali təhsilli müəllim təəssüf ki, şiddətli zorakılığa məruz qalıb".

 

Modern.az xəbər verir ki, bu barədə "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova məlumat verib.

 

Onun sözlərinə görə, hazırda sığınacaqda olan xanıma psixoloji yardım göstərilir:

 

"Vəkilimiz onun hüquqlarını qoruyacaq. Bütün bədəni bu vəziyyətdə olan xanımın ərinə qarşı tezliklə ciddi tədbirlərin görüləcəyinə inanırıq".

 

Daxili İşlər Nazirliyi də hadisəyə münasibət bildirib. Bildirilib ki, qeyd olunan məsələ nəzarətə götürülüb.

 

"Araşdırma aparılır. Nəticəsi barədə əlavə məlumat veriləcək", - açıqlamada deyilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB