Modern.az

Ermənistan yenidən Naxçıvana atəş açdı

Ermənistan yenidən Naxçıvana atəş açdı

18 Avqust 2024, 23:09

Naxçıvan istiqamətində mövqelərimiz yenidən atəşə tutulub.

 

Modern.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

 

Avqustun 18-i saat 19:30 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Ləkətağ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

 

Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü